Əli Əsədov: Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir

09.04.2020 - 12:25

Koronavirus pandemiyasının və dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizə mənfi təsirlərindən danışmaya bilmərik.

Virtualaz.org bildirir ki, bunu Baş Nazir Əli Əsədov Milli Məclisə ötən ilə dair videohesabatında deyib.

Ə.Əsədov bildirib ki, Azərbaycan Prezidentinin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərərgah yaradılıb.

Baş Nazir qeyd edib ki, hazırda nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir.

Baş nazir vurğulayıb ki, Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var və eyni zamanda onların ölkəmizdə istehsalı istiqamətində işlər aparılır.

Ə.Əsədov xatırladıb ki, Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib və bu tədbirlərin tətbiqi qaçılmazdır: “Martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı qərar verilib. Görülən bütün tədbirlər yalnız bir məqsəd güdür. Biz bu ağır sınaqdan az itkilərlə çıxmalıyıq. Hesab edirəm ki, bunun öhdəsindən gələcəyik və sınaqdan üzüağ çıxacağıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144982

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930