Koronaya niyə daha çox kişilər yoluxur? – Həkim

10.04.2020 - 14:06

Ümumdünya Səhiyyə Təşkilatının və mütəxəssislərin apardığı araşdırmaya görə, koronavirus pandemiyasına daha çox kişilər yoluxur. Hətta bu virusdan ölüm hallarına da əsasən kişilər arasında rast gəlinir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, Azərbaycanda da koronavirusa daha çox kişilərin yoluxması diqqəti cəlb edir.

“Bütün infeksion xəstəliklərə daha çox kişilər yoluxur, nəinki qadınlar. Bunun da səbəbi kişilərin ictimaiyyətdə qadınlara nisbətən daha fəal olmasıdır. Düzdür, kişilərlə qadınların qəbul etdiyi qidalar arasında fərq bu yoluxma faizinə təsir etmir. Amma kişilərin siqaret çəkməsi, alkoqoldan istifadə etməsi və bu kimi digər zərərli vərdişlər onların virusa yoluxma ehtimalını artırır”, – C.İsayev bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=145058

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31