Şəhərə çıxmaq üçün saxta jurnalist vəsiqəsi düzəltdi – Foto

11.04.2020 - 13:34

Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəhər sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, şəhər sakini Tural Abbasovun evdən çıxması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman o, “Gəncənin Səsi” qəzetində işlədiyini bildirib.

Üzərində gəzdirdiyi, həmin müəssisənin əməkdaşı kimi işlədiyinə dair yazılar olan sənədi polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyən edilib. T. Abbasov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Saxlanılan şəxs ifadəsində  xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər  ərazisində sərbəst şəkildə hərəkət etmək üçün bu yola əl atdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=145075

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31