Sürücülərə şad xəbər: Bu halda cərimələnməyəcəksiniz, amma…

11.04.2020 - 13:56
“Nəqliyyat vasitələrinin icbari sığorta müqaviləsi bitibsə, bu, onlayn şəkildə bağlanıla bilər”.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, icbari sığorta müqaviləsinin ödənişləri də onlayn şəkildə ödənilir:
“Xüsusi karantin müddətində kimsə hansısa səbəbdən sığorta şirkətləri ilə müqavilə bağlaya bilmirsə, texniki problemin yaranma məsələsi nəzərə alınacaq. Belə ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə də həmin avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesi karantin rejiminin sonuna kimi dayandırılıb”.
Kamran Əliyev icbari sığorta müddətinin bitməsindən sonra karantin müddətində qəza baş veribsə, bununla bağlı prosedurun necə tənzimlənəcəyi barədə də danışıb:
“Əgər icbari sığorta müddəti başa çatan nəqliyyat vasitəsi hansısa qəza törədirsə, o zaman nə qarşı tərəfə dəyən ziyan, nə də avtomobilə dəymiş ziyan ödəniləcək”, – deyə K.Əliyev qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=145083

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31