Məşhur alman mərkəzinin rəhbəri: “Azərbaycan Avropadan daha az pul aldı, çünki varlıdır”
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) Avropa İnvestisiya Bankı ilə birlikdə, koronavirus pandemiyası ilə mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb.
Virtualaz.org xatırladır ki, Avropa Komissiyası Şərq Tərəfdaşlığı Departamentinin direktoru Laurens Meredit “Twitter” hesabındakı paylaşımında bu barədə məlumat verərkən qeyd etmişdi ki, Aİ “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə yeni növ koronavirus pandemiyası ilə mübarizə üçün təcili olaraq 80 milyon, qısamüddətli dəstək üçün 883 milyon avro vəsait ayıracaq. Ayrılan vəsaitdən Gürcüstan 183 milyon, Belarus 60 milyon, Moldova 87 milyon, Ukrayna 190 milyon avro, Ermənistan 92 milyon avro əldə edəcək.
Bəs Azərbaycana daha az vəsaitin ayrılması nə ilə bağlıdır?
Almaniya Xarici Siyasət Şurası (DGAP) yanında Bertold Beitz Mərkəzinin direktoru Alexander Rar bu suala cavab verərkən virtualaz.org-a bildirib ki, indi Aİ bütün üzvlərinə və tərəfdaşlarına pul vəd edir.
“Bununla təşkilat, koronavirus yayılarkən Aİ-nin guya yatması barədə səslənən geniş tənqidlərə cavab verir. Brüsseldə pandemiya ilə birbaşa mübarizə aparan vasitələr yoxdur. Bunlar milli dövlətlərin əlindədir. Vəd edilmiş vəsaiti bütün dövlətlərmi alacaqlar? Düzünü desəm, Brüsselin belə qısa müddətdə elə böyük pulları haradan alacağını bilmirəm. Bəlkə pul buraxan maşın quraşdıracaqlar? Azərbaycanın niyə daha az pul almasına gəlincə, yəqin ki, Brüsseldə o, Şərq Tərəfdaşlığının zəngin ölkələrindən biri hesab olunub və belə fikirləşiblər ki, öz ehtiyatlarından istifadə edə bilər”,-deyə A.Rar vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=145294