Ali Məhkəmə müxalifət lideri İlqar Məmmədova bəraət verdi – və 234 min manat kompensasiya…

23.04.2020 - 14:09

Bu gün Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun barəsində olan hökmlə bağlı işə baxılıb.

Virtualaz.org bildirir ki, Plenumun qərarına əsasən, İ. Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Plenum habelə İ. Məmmədovun həbsdə qaldığı müddətə görə 234 min manat kompensasiya təyin edib.

Xatırladaq ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşlarla əlaqədar Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə o, vaxtından əvvəl azad edilib və cəzası şərti hesab edilib.

Daha sonra İ.Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Ai Məhkəmə şərti cəzanı ləğv edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=145351

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31