“WhatsApp”da koronavirusla bağlı yeni funksiya

29.04.2020 - 10:39

“WhatsApp” messencerində səsli və video zəng qruplarında iştirak edə biləcək istifadəçilərin sayı iki dəfə artırılıb. Artıq videozəng zamanı eyni vaxtda səkkiz nəfər bağlantıda iştirak edə bilər. APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə şirkətin səhifəsində bildirilib.
Əvvəllər bu xüsusiyyət yalnız test versiyalarında mövcud idi. Onun aktivləşdirilməsi üçün tətbiqi yeniləməlisiniz. İştirakçıların əlavə edilməsi prosesi əvvəlki kimi qalıb: yeni bir qrup yaratmaq üçün düyməni basmalı, formatı (audio və ya video) seçməli və lazımlı istifadəçiləri əlavə etməlisiniz.
Qrup danışıqlarının iştirakçılarının sayının artırılmasını proqram yaradıcıları koronavirus epidemiyası ilə əlaqələndirirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=145521

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31