Koronavirus hansı orqanların işini pozur? – Ekspert açıqladı

30.04.2020 - 07:32

Sankt-Peterburq Epidemiologiya və Mikrobiologiya İnstitutunun innovasiya işləri üzrə direktor müavini Aleksandr Semyonov COVID-19-un bir çox orqanlara təsir etdiyini söyləyib.

Ekspert koronavirusun qripdən fərqli xüsusiyyətlərə malik olduğunu deyib:

“Koronavirus qrip deyil, yeni bir şeydir. Biz hələ belə bir xəstəliyə rast gəlməmişik. Odur ki, sətəlcəm və ya qripdən fərqli olaraq bir çox orqanlara zərər verə bilər. Sadəcə ağciyərlərə deyil, bağırsaqlar və qaraciyərə də yük düşür. Xüsusilə orta-ağır xəstələrin əksəriyyətində böyrək funksiyasının pozulması müşahidə olunur. Bundan əlavə, koronavirus iybilmə qabiliyyətinin tam və ya qismən itirilməsinə də səbəb ola bilər”.

Ekspert həmçinin koronavirusun sinir sisteminə təsirindən danışıb:

“Sinir toxumasına təsir edir, bunun əlamətlərindən biri də xəstələrdə iybilmə itkisinin və şüurun pozulmasıdır. Bu virus o qədər də sadə deyil. Bu sadə kəskin respirator xəstəlik deyil, daha fərqli və çoxstansiyalı infeksiyadır”. (publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=145567

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31