Azərbaycanda orqan satışı: Gizli çəkiliş – VİDEO

30.04.2020 - 08:30
Azərbaycanda böyrəyini pul müqabilində satan insanlar var. Cumhuriyyet.az xəbər verir ki, BAKU.TV əməkdaşının internetdə rastına çıxdığı bu kimi elanlar bu araşdırmanın yaranmasına səbəb olub. Böyrəyini satanlar əsasən kişilərdir. Qiymətlər isə müxtəlifdir. 10 mindən 70-80 min manat arasında dəyişir.
Məsələyə hüququ tərəfdən baxanda könüllü şəkildə orqan satan şəxsi 3 il, məcburi qaydada, hədə-qorxu yolu ilə qorxudaraq orqan alan şəxsi 4 il azadlıqdan məhrum etmə cəzası gözləyir.
Böyrəyini satmaq istəyənlər hərəsi bir səbəbdən bunu etmək istəyir. Məsələn, 50 yaşlı Tahir adlı şəxs böyrəyini 50 min manata sataraq işlərinin bir qismini reallaşdırmaq istəyir.
Azərbaycanda orqanın alqı-satqı ilə həyata keçirilməsi qadağandır. Bu proses yalnız xeyriyyə məqsədilə reallaşa bilər. Sonda bir ürəkaçan məqamla reportajımızı bitiririk. Azərbaycanda böyrəyini xanıma verən bir gənc sonradan onunla ailə qurub. Bunu bizə 3 il əvvəl qızı üçün böyrək axtarmış ata deyib.
Daha ətraflı Baku TV-nin hazırladığı videomaterialdan izləyə bilərsiniz:

Short URL: http://www.cumhuriyyet.net/?p=145608

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31