Mayın 4-dən Bakıda bulvar və parklar açılmayacaq

02.05.2020 - 13:25

Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki qərarı ilə ölkənin bir hissəsində parklara girişə icazə verilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qərarda “bulvar” sözü yer aldığı üçün sosial şəbəkələrdə insanlar bunun Bakı bulvarına aid olduğu qənaətinə gəliblər. Lakin bu qərar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna aid deyil.

Bu 4 şəhər və 1 rayonda parklara, bulvar ərazisinə, istirahət mərkəzinə giriş hələ də qadağandır. Mayın 4-dən Naxçıvanda və ölkənin digər rayonlarında bulvar, park və istirahət məkanlarına giriş sərbəst olacaq.

Bu rayonlarda da parklarda və ictimai iaşə obyektlərində insanların bir yerdə 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=145808

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930