“48 min kreditin restrukturizasiyası üçün müraciət edilib” – Elman Rüstəmov

13.05.2020 - 12:31

“Mayın 7-nə qədər Azərbaycanda 549 milyon manat məbləğində 48 min kreditin restrukzasiyası üçün müraciət edilib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

“Bunlardan yalnız 15 müraciətə müsbət cavab verilməyib. Ümumiyyətlə isə müraciətlərin 91%-i biznes, 9%-i istehlak, o cümlədən 5%-i ipoteka kreditlərinə aiddir. Artıq müraciətlərin 37%-i və yaxud təxminən 200 milyon manatlıq hissəsinə baxılıb”, – deyə o, qeyd edib.

Bundan başqa, baş bankirin sözlərinə görə, AMB-nin “Qaynar xətti”nə 15 fiziki şəxs müraciət edərək bankların güzəştlərlə bağlı tövsiyyələrə əməl etmədiyini bildirib: “Biz hazırda bu müraciətləri ciddi araşdırırıq”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146577

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930