Xaricə necə getmək olar olar: “məhdudiyyət yoxdur, amma…”

13.05.2020 - 23:30

Azərbaycan vətəndaşlarının xarici səfərləri ilə bağlı hansısa məhdudiyyət mövcud deyil. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. “Lakin 31 mayadək beynəlxalq uçuşlar müvəqqəti dayandırılıb. Müstəsna hallar olduqda, qarşı tərəf vətəndaşları qəbul etməyə hazırdırsa, səfərlərin təşkil olunması həyata keçirilir”, – o bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əlavə edib ki, ölkəmizdə tətbiq olunan karantin rejimi nəzərə alınaraq, vizaların diplomatik nümayəndəliklər, ASAN xidmət vasitəsilə verilməsi dayandırılıb: “Hazırda Azərbaycanla vizasız gediş-gəlişi olan ölkələr arasında da məhdudiyyətlər qüvvədədir. Vizaların verilməsi prosesi və məhdudlaşma qüvvədə qalmaqda davam edir”.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146588

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031