Dövlət adamları koronavirusa necə yoluxur – professordan açıqlama

14.05.2020 - 09:48

“Dövlətlər yumşalmaya getməlidir, çünki karantin tədbirləri uzun müddət davam edə bilməz, amma…”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yeni növ koronavirusa (COVID-19) yoluxub. Bu barədə o özü jurnalistlərə açıqlamasında bildirib. D. Peskov xəstəxanaya yerləşdirildiyini qeyd edib.

Bundan öncə Rusiyanın baş naziri Mixail Mişustin də  koronavirusa yoluxduğu bildirilmişdi. O, bu barədə Rusiya prezidenti Vladimir Putini videobağlantı vasitəsilə məlumatlandırmışdı.

Məlumatlarda bildirilir ki, Rusiyanın baş naziri koronavirusa yoluxmamaq üçün ciddi şəkildə özünü qoruyub, insanlarla təmasdan çəkinirmiş. Lakin bununla belə, virusa yoluxub. Bəs bu, necə baş verib?  Ümumiyyətlə, bu kimi şəxslərin koronavirusa yoluxması nədən qaynaqlanır?

Mixail Mişustin Rusiyanın baş naziri oldu (YENİLƏNİB)

Mixail Mişustin 

Dünyada koronavirusa bundan öncə də nazirlərin, dövlət adamlarının yoluxması ilə bağlı xəbərlər yayılıb. Böyük Britaniyanın səhiyyə naziri Matt Hankok və baş naziri Boris Conson koronavirusa yoluxub. Britaniya şahzadəsi Çarlz da koronavirusa yoluxanlar arasındadır. Onlar artıq sağalıblar. Kanadanın baş naziri Castin Tryudonun həyat yoldaşı Sofi Qrequar Tryudon da koronavirusa yoluxanlar sırasındadır. O da artıq sağlığına qovuşub.

Boris Conson reanimasiyadan adi palataya keçirilib - AZƏRTAC ...

Boris Conson

Ən pis hal isə odur ki, koronavirusa qarşı peyvəndin tapılıb-tapılmayacağı sual altındadır. Çünki COVİD-19 mutasiyaya uğrayır və yeni ştampı yaranır…

“COVID-19-a qarşı 100-dən çox peyvəndimiz var. Ancaq koronaviruslar çox aldadıcı viruslardır. Bu tip viruslara qarşı peyvənd hazırlamaq olduqca çətindir”.

Ebola: What is it like to have the experimental vaccine? - BBC News

Bu barədə ÜST-in sözçüsü Marqaret Harris deyib.

“ABŞ və Braziliyada epidemiyanın başlanğıcından bu yana etdiyimiz bütün xəbərdarlıqlar ciddiyə alınmayıb”, – təşkilat sözçüsü əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 287 mindən çoxu isə ölüb.

Adil Qeybulla

“Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, xaricdə dövlət adamları əsasən market və digər bu kimi yerlərdə yoluxurlar:

“Xaricdə dövlət adamları əsasən mühafizəsiz gəzib, marketlərə də özləri gedirlər. Onlar insanların arasında gəzməyi xoşlayırlar. Xaricdə görürük ki, bir şəhərin meri marketdə insanlarla növbədə dayanıb, alış-veriş edir. Ona görə də bu kimi şəxslərin koronavirusa tutulma şansları da çoxdur. Bundan əlavə, şəxslərin digər səbəblərdən də koronavirusa yoluxması mümkündür. Məsələn, uşaqlar birbaşa xəstəliyi keçirməsələr də, virus daşıyıcısı ola bilirlər. Uşaq haradansa bu virusu gətirib, valideynə keçirir. Eyni zamanda şəxsin yanında koronavirusa yoluxan şəxs keçdiyi zaman da onu yoluxdurması mümkündür. Dövlət adamlarının xaricdə bu cür yoluxmalarının səbəbi əsasən infeksiya sayğısızlığından qaynaqlanır. Yəni məhəl qoymurlar və yoluxurlar. Əşyalardan kimsənin yoluxması məsələsi də bir qədər fərqlidir. Əgər kimsə gərək harasa toxunsun ki, ona əşyadan virus keçə bilsin. Əşyadan virus əllərə keçir. Əlləri də yumursa, özünü yoluxdurur”.

Həkim bildirib ki, bununla belə, karantin rejimlərinin yumşaldılması vacib haldır:

“Dövlətlər yumşalmaya getməlidir. Çünki karantin tədbirləri uzun müddət davam edə bilməz. Qarşıdan yay fəsli gəlir və insanları bu qədər evdə oturtmaq mümkün deyil. Bu, çətin olacaq. Lakin bununla belə, insanlar karantin rejiminin yumşaldılmasından sui-istifadə etməli deyillər. İnfeksiya ilə tam vidalaşandan sonra karantin aradan götürülə bilər. Sosial məsafə saxlanmalı, əllər dezinfeksiya edilməli, maskadan istifadə olunmalıdır. Bu üç faktor yumşaldıla bilməz. Yəni insanlar hesab etməsinlər ki, yumşalmadan söhbət gedirsə, elə əvvəlki həyatlarına qayıtmalıdırlar. Bu, belə deyil. Təəssüf ki, bizim camaat elə qeyd etdiyimiz məsələlərdə boşluğa yol verir. Küçədə görürsən ki, camaat maskasız gəzir. Məsafə gözləmirlər. Bu barədə sosial şəbəkədə yazı paylaşanda isə baxırsan ki, yazının altında təhqiramiz ifadə yazıblar. Təbii ki, qeyd etdiyim hər kəsə aid deyil. Bu qaydalara məhəl qoymayanlar ətrafdakıların da həyatını birbaşa təhlükəyə atır. Maskada gəzməyin lazım olduğu deyilirsə, buna əməl etmək lazımdır. Ticarət mərkəzlərində, marketlərdə  və digər bu kimi yerlərdə təlimatlar olmalı, qaydalar göstərilməlidir. İçəri girən şəxslərin əlləri dezinfeksiya edilməlidir. Bu qaydalarda yumşalma hiss olunur və belə olduğu təqdirdə yoluxma da arta bilər”.

Əli RAİS,
“Yeni Müsavat”

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146605

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031