Bakıda ağılasığmaz hadisə – Kişi avtomobilini pivəxanaya çevirdi – FOTO/VİDEO

14.05.2020 - 22:25

Bakıdanın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərən pivəxana aşkar edilib. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı qəsəbənin R.Axundov küçəsində yerləşən “Kabak” restoranının sahibi Samir Qəhrəmanovun sanitar-karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi və müştəriləri qəbul etdiyi məlum olub. Hətta obyektin sahibi restoranın işlədiyi barədə xüsusi reklam çarxları hazırlayaraq sosial şəbəkələrdə yerləşdirib.

Qeyd edək ki, Samir Qəhrəmanov və işçiləri məsuliyyətdən yayınmaq üçün avtomobillə obyektin qarşısında dayanan müştərilərə elə nəqliyyat vasitəsinin salonunda xidmət göstəriblər. Bunun üçün S.Qəhrəmanov avtomobilin salonunda spirtli içkilər və yeməklər qoymaq üçün xüsusi qablar da düzəltdirib.

Obyektə və oranın mətbəxinə baxış zamanı yeməklərin adi sanitar-gigiyenik qaydalara belə əməl olunmadan hazırlandığı ortaya çıxıb. Tədbir zamanı obyektin ümumilikdə 11 işçisi və yeddi müştərisi saxlanaraq polis idarəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan Samir Qəhrəmanov və restoranın əməkdaşı Azad Böyükkişiyev rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 10 və 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, araşdırma zamanı A.Böyükkişiyevin narkotik vasitə aludəçisi olduğu da məlum olub.

Müştərilər və obyektin digər əməkdaşları barəsində Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların hər biri 100 manat məbləğində cərimə olunublar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146682

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930