“Bakı Tikiş Evi”nin 64 işçisi koronavirusa necə yoluxub?

16.05.2020 - 16:33

“Bakı Tikiş Evi” (BTE) hazırda işləmir və nə zaman açılacağı barədə məlumatlı deyiləm. “Qafqazinfo” xəbər verir ki, bu barədə Azvision.az -a açıqlamasında BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

BTE rəsmisi 64 işçinin koronavirusa yoluxmasına aydınlıq gətirərək bildirib: “Bir nəfər həkim koronavirusa yoluxub, həmin həkim bizim işçimiz olan anasını yoluxdurub və beləliklə işçilər arasında yoluxma baş verib. Koronavirusa yoluxan işçilərimiz karantinə yerləşdirilib və tezliklə hamısı evə buraxılacaq. Hazırda fabrik işləmir”.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı “Bakı Tikiş Evi”ndə 64 nəfərin, “Baku Steel Company”də isə 48 nəfərin koronavirusa yoluxduğunu bildirib.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146828

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930