“Rüşvət verənlər də həbs olunmalıdır” – DEPUTAT

17.05.2020 - 17:15

“Korrupsiyaya qarşı mübarizənin effektivliyi üçün rüşvət alanlarla yanaşı rüşvət verənlərin də həbs olunması son dərəcə zəruridir. Ona görə də artıq rüşvət verənlərin də həbs olunması təqdir olunmalıdır”.

Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnik rütbəli zabitinin rüşvət verməyə görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunması məsələsinə münasibət bildirərkən deyib.

Partiya sədri qeyd edib ki, dövlətimizin təhlükəsizliyinə, onun iqtisadi inkişafına və beynəlxalq nüfuzuna qarşı böyük təhdidə çevrilmiş korrupsiyaya qarşı ölkə Prezidentinin ciddi dəstəyi ilə DTX tərəfindən səmərəli mübarizə aparılır. “Artıq bu işə prokurorluq orqanları da qoşulub, törədilən cinayətə görə cəzanın labüdlüyü prinsipi təmin edilir. İnsanlarımızın kütləvi şəkildə buna inanacağı təqdirdə korrupsiyaya ciddi zərbə vurulacaq. Ölkəmizdə insanlar rüşvət verməsə rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər. Bundan isə həm özləri, həm də vətəndaşlarımız qazanacaq”.

Q.Həsənquliyev əlavə edib ki, bununla yanaşı dövlət idarəetməsi təkmilləşdirilməlidir ki, rüşvətxorları ifşa etmək asan olsun. “İnsanların kütləvi şəkildə korrupsiyaya bulaşması və onun nəticəsi olaraq kütləvi həbsi onların ailə üzvləri, yaxınları üçün ciddi mənəvi sarsıntılara səbəb olur. Ona görə də dövlət cinayətkarları cəzalandırmaqla yanaşı onun profilaktikası istiqamətində də ciddi qərarlar qəbul etməlidir. Ailələr isə hər hansı üzvünün həbsindən mənəvi iztirab yaşamamaq üçün aza qane olmalı, onları qanun pozuntularından çəkindirməlidirlər. Əgər kimsə iş yerini itirmək qorxusu səbəbindən qanunları pozmağa məcbur edilirsə, bu barədə Prezidentə açıq müraciət etməlidir. Yalnız cəmiyyətin açıq və ciddi dəstək verəcəyi halda Prezidentin korrupsiyaya qarşı başlatdığı bu müharibədə biz qalib gələ bilərik”.

“AzPolitika”

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146872

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930