BİABIRÇILIQ: “SMERT” TOFİQİN OĞLU ATASINI BAKIDA DİLƏNDİRDİ-ŞOK VİDEO

18.05.2020 - 08:49

Yenilik.az xəbər verir ki, ARB-də efirə gedən Elgizlə izlə verilişinin qonağı keçmiş Sovet dövründə Azərbaycanda avtoş kimi məşhurlaşmış “Smert” ləqəbli Tofiqin oğlu olub. Yenilik.az-ın xəbərinə görə, ailəsindən şikayətçi olan oğul tam təsadüfi olaraq karantin rejimi vaxtı dolanışıq ucbatından atası-məşhur avtoş “Smert” Tofiqi xəstə vəziyyətdə 2 gün dilənmək üçün şəhərə çıxardığını etiraf edib. Oğulun bu hərəkəti isə verilişin ekspertlərini qəzəbləndirib və onu qınayıblar.

Qeyd edək ki, “Smert” Tofiqin atası çox zəngin biri olub, indiki Beyləqan rayonu ərazisində şərab zavodunun baş mühəndisi işləıyib və oğluna o zaman üçün hər kəsin almağa gücü çatmadığı təptəzə Jiquli avtomobili hədiyyə edib. Smert Tofiq isə avtoşluğu ilə nəinki Gəncədə, bütün keçmiş Sovet İttifaqında məşhur olub. Onun haqqında gəzən əhvalatlara görə sevdiyi qızın evinin qarşısında asfalt üzərində avtomobilin təkərləri ilə “Səni sevirəm” sözlərini yazıb. Həmçinin saatda 100 km sürətlə sürdüyü avtomobildən qapını açıb yerdən kibrit qutusunu götürərkən sol əlinin barmaqlarının qapı arasında qalaraq kəsildiyi deyilir. Başqa bir iddiaya görə isə, bir dəfə Tofiq vurulduğu qızın mindiyi tramvayın arxasınca düşüb tramvayın yan-yörəsinə keçirmiş. Bu zaman qarşı tərəfdən başqa bir tramvayın gəldiyini görən Smert Tofiq avtomobili 2 təkər üzərinə qaldıraraq iki tramvayın arasında hərəkəti davam etdirir./Yenilik.az

 

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146921

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930