Bayram namazı ilə bağlı açıqlama

23.05.2020 - 13:50

Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.

“Qafqazinfo”nun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə bildirilib ki, bu il ölkəmizdə karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verdiyi qərara əsasən bayram namazı məscidlərdə qılınmayacaq:

“Ramazan ayına dair QMİ Qazılar Şurasının fətvasında fitrə zəkatına dair tövsiyələr əksini tapıb. Bir daha xatırladırıq ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Bu günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxararaq imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Fətvada qeyd olunan bütün müddəalar Ramazan ayının sonuna kimi qüvvədədir”.

Qeyd edək ki, aprelin 20-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurasının Ramazan ayının başlanması ilə bağlı fətvasında deyilirdi ki, xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar verilib.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147229

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031