Koronavirusa yoluxanlar bu xəstəxanalardadır – Siyahı

30.05.2020 - 11:01

Azərbaycanda hazırda 1806 koronavirus xəstəsi müalicə olunur. Bu xəstələrin hansı xəstəxalarda yerləşdirildiyi açıqlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, paytaxtda Tibb Universitetinin Terapevtik Klinikasında 87, Cərrahiyə Klinikasında 121, Mərkəzi Neftçilər Xəstəxanasında 85, 2 saylı şəhər Klinikasında 72, 7 saylı uşaq xəstəxanasında 81, Ağciyər xəstəlikləri İnstitutunun xüsusi bölməsində 5, Bakı Sağlamlıq Mərkəzində 52, Yeni Klinikada 70 nəfərə yaxın xəstə müalicə alır.

Masallı rayonunda 140, Qobustanda 53, Şəmkirdə 80, Goranboyda 126 nəfər və qalanları isə digər xəstəxanalarda müalicəsini davam etdirir”.

R.Bayramlı əlavə edib ki, xüsusi karantin rejimi üçün ilk olaraq 5 mindən artıq çarpayı ayrılıb:

“Modul tipli xəstəxanaların açılışından sonra 2 min çarpayının da istifadəyə verilməsi gözlənilir. Ümumilikdə 7 mindən artıq çarpayı fondumuz olacaq. Hazırda 1806 nəfərin müalicə olunduğunu nəzərə alaraq xəstəxanaların doluluq nisbətini və çarpayı fondumuzun vəziyyətini müəyyən etmək olar”.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147428

XƏBƏR LENTİ

virtual_roadi

15.07.2020Votsap çökdü
Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031