Əcnəbilər Azərbaycan banklarındakı pullarını çıxarır – Depozitlərin həcmi kəskin azalıb

01.06.2020 - 16:02

Azərbaycanda xarici fiziki şəxslərin depozitlərindəki azalma 2012-ci ildən bu tərəfə müşahidə edilən ən aşağı həddə — 371.6 mln. manat həddinə düşüb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 2020-ci ilin 1 mayında respublika ərazisində qeyri-rezidentlərin depozitlərində azalma son bir ay ərzində 19%, illik müqayisədə isə 38% azalmalı olub.

Qeyri-rezidentlərin hesabat dövründə, depozitlərinin 101,2 mln. manatı milli valyuta manat, 270,4 mln. manatı isə xarici valyuta təşkil edib.

Bildirməliyik ki, cari ilin 1 yanvarda 434.2 mln. manat, fevralda 423.1 mln. manat, 1 martda 621.3 mln. manat və 1 apreldə isə 457 mln. manat qeyri-rezidentlərin depozitləri vardı.

Bununla da son bir ayda milli valyutada depozitlərin 10% (10.6 mln. manat) və xarici valyutada isə 22% (74.7 mln. manat) azalma olub.

Qeyd edək ki, 1 may 2020-ci il tarixinə Azərbaycanda fiziki şəxslərin 7 milyard 758 mln. manat depozitləri var. Bu isə son bir ayda 493.7 mln. manatlıq azalma olması deməkdir. Mərkəzi Bank isə buna aydınlıq gətirərək bildirib ki, bu aprel ayının 24-də bağlanan iki bankla əlaqəlidir. (Banker.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147520

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930