Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edən tələbələrin saxlandığı deyilir

01.06.2020 - 16:20

Bazar ertəsi günü bir qrup tələbə yay imtahanlarının və təhsil haqqının ləğvi tələbi ilə Təhsil Nazirliyi qarşısında aksiya keçirməyə cəhd göstərib.

Tələbələr BBC News Azərbaycancaya bildiriblər ki, onlar karantin tədbirləri müddətində onlayn keçirilən təhsilin keyfiyyətindən narazıdırlar.

Karanavirus pandemiyasına görə mart ayından etibarən Azərbaycandakı təhsil qurumlarında tədris dayandırılıb. Bəzi təhsil müəssisələri dərsləri tədrisi onlayn davam etdirib.

Aksiya keçirməyə cəhd edən tələbələr bu tədris ili üçün “imtahanların və üniversitetə ödənişin ləğv olunması” ilə bağlı Təhsil Nazirliyi qarşısında quruma müraciət edəcəklərini bildiriblər.

Təhsil Nazirliyinin qarşısında olan BBC News Azərbaycancanın müxbiri bildirib ki, aksiya keçirmək istəyən bir neçə tələbə polis tərəfindən saxlanıb.

BBC müxbirinin müşahidəsinə görə, polis əvvəlcə tələbələri qəbul üçün nazirliyin binasına aparıb, amma sonradan polislər deyiblər ki, həmin tələbələr polis tərəfindən oradan uzaqlaşdırıblar.

BBC müxbirinin bildirdiyinə görə, nazirliyin qarşısnda saxlananlar arasında ictimai fəallar – Qiyas İbrahimov, Allahverdi Həsənov, İlham Əhmədov var.

Aksiyada iştirak edən tələbələrin sözlərinə görə, etirazları barədə tələblərini səsləndirmək üçün nazirliyin binasına girən Rüstəm ismayılbəyli və bir neçə başqa tələbələrdən xəbər yoxdur.

Bakı Şəhər baş Polis İdarəsi məsələ ilə bağlı yaxın vaxtda məlumat açıqlayacağını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147527

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930