“Dəniz Mall”da hansı mağaza və restoranların açıldığı məlum oldu – SİYAHI

01.06.2020 - 17:03

İyunun 1-də Bakı Bulvarı ərazisində möhtəşəm “Dəniz Mall” ticarət mərkəzi açıldı.

Cumhuriyyet.az day.Az-a istinadən bildirir ki, Sidney Opera Evinin memarlıq üslubunda inşa edilən Mall Azərbaycanda ən böyük ticarət mərkəzidir – 5 mərtəbəli, sahəsi 120,000 kvadratmetr olan, əyləncə məkanları, mağazalar, restoran və kinoteatr yerləşir.

Bunların arasında Nike, United Color of Benetton, Coffemania, Bir Iki Ekspress, Skechers, Accesorize, Kinderland, Penti, OVS Italian Fashion, PIDEM, Yargici, The Bagel Bar Coffee House, Parfois, LC Waikiki, Swarovski, Imaginarium, GEOX, KFC, Kofteci Ramiz, Pylones, Flash Kart, Bravo, Levi’s, Mayoral, Big Chefs, Colin’s Pandora, Alma Sore, McDonalds, Papa John’s, Entertainer, Courir, Okaidi, Original Marines, Ontop, Orchestra, Flo, Miniso, B&G Store, GO Sport var.

Dəniz Mall-ın sakinlər üçün əsas əyləncə məkanına çevriləcəyi gözlənilir. Mərkəzin binası 2007-ci ildə məşhur dizayner Çapman Taylor tərəfindən tərtib edilmişdir. Əvvəlcə konfrans mərkəzi, tədbirlərin və toyların məkanı kimi təsəvvür edilmişdi, lakin sonradan bunun ənənəvi alış-veriş yeri olmasına qərar verildi.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq ticarət mərkəzinin rəhbərliyi ziyarətçilərdən karantin qaydalarına əməl etmələrini, maskalar taxmağı və sosial məsafəni qorumağı xahiş edir.

Xatırladaq ki, Operativ Qərargahın qərarı ilə ticarət mərkəzlərinin ərazilərində yerləşən kinoteatrların, əyləncə mərkəzlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, mağazalar və restoranlar isə açıqdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147530

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930