Külli miqdarda heroinlə tutulan Mirələsgər bəraət aldı- TƏFƏRRÜAT

06.06.2020 - 19:58

Külli miqdarda narkotik vasitə əldə etmə və satma ittihamı ilə həbs edilən şəxs bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb. Musavat.com xəbər verir ki, iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Babazadə Mirələsgər Fikrət oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
İttihama görə, M.Babazadə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 517,7 qram heroini Nəsimi rayonu, “Papanin” adlanan ərazidə əldə edərək daşıyan zaman Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sonuncu prosesdə dövlət ittihamçısı çıxış edərək Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə küllü miqdarda narkotik vasitənin saxlanması və daşınması) maddəsi ilə təqsirləndirilən Mirələsgər Babazadənin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə Mirələsgər Babazadənin vəkili Pərviz Hümbətov da müdafiə çıxışı edib.

Vəkil bildirib ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxs qeyd edilən əməli törətməyib: “Müdafiə etdiyim şəxs özünü qətiyyən təqsirli bilmir. Mirələsgər Babazadə məhkəməyə verdiyi ifadəsində göstərdi ki, yaşamağa yeri olmadığı üçün Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin Baş Əməliyyat Müvəkkili Kamil Məmmədov ona Nəsimi rayon ərazisində baş verəcək qanun pozuntuları ilə bağlı məlumat verməsi qarşılığında yataq yeri və yemək-içmək təklif edib. O da bununla razılaşıb. Bir müddət o, Kamilin dediyi kimi onunla işləyib. Axırıncı dəfə Kamil ona 30 manat pul verib və “sənə təhkim olunan ərazidə qanun pozuntusu baş verəcək bununla bağlı məlumat verməlisən”. Lakin Kamilin dediyi hadisə barədə ona heç bir məlumat verməyib. Sonra Kamil onu polis şöbəsinə aparıb və həbs edilib. Mirələsgər narkotik istifadəçisi olduğunu etiraf edir. Lakin həmin gün, həmin miqdarda narkotik vasitənin onun üzərində olmadığını deyir.
Məhkəmə zamanı müəyyən edildi ki, hal şahidlərinin Kamil Məmmədovla telefon danışıqları olub və onlar polis şöbəsinə çağırılıblar. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulması deməkdir”.
Vəkil çıxışında bildirib ki, hal şahidləri dəfələrlə başqa-başqa cinayət işlərində də hal şahidi kimi iştirak ediblər: “Eyni zamanda Mirələsgərlə polis əməkdaşı Kamil Məmmədov telefon vasitəsilə, xüsusi ilə də metronun “20 Yanvar” stansiyasında ətrafında və həmin metro stansiyasının keçidlərində quraşdırılmış telefon qurğuları vasitəsi ilə danışıblar. Bu danışıqları dəqiqləşdirmək məqsədi ilə metronun “20 Yanvar” stansiyasına gedərək, orda səkkiz ədəd telefon qurğusunun yerləşdiyini müəyyən etdim və həmin səkkiz ədəd telefon qurğusundan özümə məxsus telefona zəng etdim. Mənə zəng gələn nömrələrlə polis əməkdaşına zəng edilən nömrələr eynidir. Yəni, Mirələsgər polis əməkdaşı Kamil Məmmədovla dəfələrlə danışıb”.

Müdafiəçi çıxışının nəzərə alaraq M.Babazadə barəsində bəraət hökmü çıxarılmasını istəyib. Hakim Novruz Kərimovun sədrlik etdiyi məhkəmə kollegiyası M.Babazadə barəsibdə bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

İlkin Muradov
Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147856

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930