Bakıda 1000 kvadratlıq marketə 1500 nəfər necə sığışmışdı? – VİRUS RİYAZİYYATI…

07.06.2020 - 23:52

Azərbaycanda əhalinin marketlərə kütləvi axını zamanı, virus təhlükəsini aradan qaldırmaq, ən azı minimuma endirmək üçün yeni – olduqca maraqlı üsul təklif edilib. «Həftəsonu evdə qal» qaydası koronavirusla mübarizə üçün tətbiq edilsə də, iyunun 5-də, xüsusilə axşam saatalarında baş verənlər göstərdi ki, həftəsonu üçün ərzaq ehtiyatı toplayanların marketlərə axını virusun yayılması baxımından yeni təhlükə yaradır.
Üstəlik, belə qaydanın hələ bir müddət qalacağı ilə bağlı gözləntini nəzərə alanda, dünənki hadisə qarşıdakı günlərdə də baş verə bilər. Biznes konsultant və maliyyə bazarı üzrə ekspert Rəşad Ataşov belə vəziyyətlərdə, yaranan sıxlığın yaradacağı problemlər və onların aradan qaldırılması üçün yeni yanaşmalar təklif edib.
Ekspert yazır:
Gəlin rəqəmlərlə danışaq !

Starcount şirkətinin analitiki Clive Humby hələ 2006-cı ildə demişdir ki, “Data is the NEW OIL” (Rəqəmlər müasir neftdir). Hazırkı dünyada rəqəmlər və təhlil üzərində qurulan layihələr uğur qazanır.

Bu problemi milyonlara kütləvi qadağalar qoymaqla yox, hamıya eyni qaydada yanaşmaqla yox, problemi daha detallı analiz etmək, əsas risk daşıyan sahələri müəyyənləşdirmək və yalnız bu sahələrə spesifik limitlər və qadağalar qoymaqla daha effektiv formada həll etmək olar. Bir neçə yüz iri biznes və xidmət mərkəzlərinə nəzarət etmək milyonlarla insana evdə nəzarət etməkdən qat-qat asan və effektiv olardı.

Əks halda təcrübədən bildiyimiz kimi “One-size-fits-all” strategiyalar effekt vermir və çox zaman iflas olur. Türkiyədə, Rusiyada və s.ölkələrdə effekt verən yanaşma bizdə verməyə bilər, və əksinə.

Bu problemin həlli üçün sadə 3W strategiyası (Where, Why, When) təklif edirəm. Bu yanaşma ilə əsas açar suallar bunlar olacaq:

1) Ən çox kütlə harda toplaşır?
2) Nə üçün?
2) Hansı saatlarda?

Bu suallar ətrafında aparılan analizlərə əsaslanıb hər bir KATEQORİYA üzrə limitlər və qadağalar qoymaq lazımdır.

Mən hesab edirəm ki, ən potensial və şiddətli YOLUXMA MƏNBƏLƏRİ 1) Supermarketlər, 2) Mall-lar və 3) Restoranlardır.

Bu sahələri isə aşağıdakı kimi tənzimləmək olar.

Əsas məsələ ən böyük sualı qoymaqdan başlayır. Strateji məqsədimiz nədir?

Insanların ictimai qapalı yerlərdə minimum 2 metr sosial məsafəni saxlaması, doğrumu?

Bu o deməkdir ki, bir insan hər hansı bir anda ətrafında 2 metr radiusu olan dairədə tək olmalıdır. Həndəsədən bilirik ki, 2 metr radiusu olan dairənin sahəsi S=П×R^2 düsturu ilə 12.5 kv.m edir. Deməli bir insana qapalı yerlərdə 12.5 kv.m sahə icazəsi var. Bu isə bizə imkan verir ki, hər bir OBYEKTƏ onun texniki pasportunda göstərilən işlək sahəsinə uyğun LİMİTLƏR qoyaq.

Məsələn bir supermarketin sahəsi 1000 kv.m dirsə o zaman bu ticarət müəssisəsinin eyni anda 1000 kv.m /12.5 kv.m = 80 nəfəri təhlükəsiz formada qəbul etmək imkanı var.Yəni eyni anda bu obyektin daxilində maksimum 80 nəfər müştərinin olmasına icazə verilə bilər. Eyni qaydada digər sahələr üçün limitləri hesablamaq olar. Üstəgəl obyektlərə girişi MASKA-dan istifadə edilmək tələbini qoymaqla virusun yayılmasını effektiv azaltmaq olar.

Razıyam, bu qaydanın tətbiqi çətin görsənə bilər, amma onun da həlli üsulu var. Buna bu təhlilin sonunda toxunarıq.

Bu metodu tətbiq etməklə İQTİSADİ və PANDEMİYA problemləri arasında optimal nəticə əldə etmək olar. Əks halda hazırkı qadağa nəinki iqtisadi durğunluq yaradacaq, həmçinin epidemiyanın qarşısını almaq üzrə əks-effekt verəcək. Bunu aşağıdakı kiçik analizlə görə bilərik.

Tutaq ki, hər hansı bir supermarketə həftənin 7 günü ərzində cəmi 7000 müştəri daxil olur.

Şənbə və bazar günlərinin pik günlər olduğunu nəzərə alıb fərz edək ki, həftənin 5 iş günü hər gün supermarketə 800 nəfər, 6-cı və bazar günləri isə hər gün 1500 nəfər daxil olur (5×800 + 2×1500 =7000)

Tutaq ki, supermarketin xidmət ərazisi 1000 kv.m-dir və səhər saat 9:00-dan gecə 24:00 kimi işləyir. Məlumdur ki, iş günləri pik saatlar axşam 18:00- 24:00 arası olan saatlardır. Fərz edək ki, iş günləri alış-verişə gələn 800 müştərinin 300-ü axşam 18:00-a kimi, qalan 500-ü isə axşam 18:00-dan gecə 24:00 kimi gəlir.

Yuxarıdakı qaydaya uyğun olaraq hesablasaq bu supermarket sosial məsafənin qorunması üçün eyni anda maksimum 80 müştəri qəbul edə bilər (1000 kv.m/ 12.5 kv.m = 80)

Hazırkı “həftə sonu EvdəQal” rejimi tətbiq olunmazdan əvvəl normal halda supermarketdə eyni anda daxil olan müştərilərin sayı aşağıdakı kimidir:

İş günləri: (1-5 günlər)

9:00-18:00 arası = 300 müştəri / 9 saat = 1 saata 33 müştəri ( <80, normadan çox aşağı) 18:00-24:00 arası = 500 müştəri / 6 saat = bir saata 83 müştəri (>80, normadan cüzi yuxarı)

Həftəsonu (6 və bazar) isə

1500 müştəri / 15 saat = bir saata 100 müştəri (>80, normadan azca yuxarı)

Siz həftə sonu evdə qalmaq məcburiyyəti qadağası qoyduqdan sonra şənbə və bazar günləri marketə gələ bilməyən 3000 müştəri (1500× 2gün) bazarlığını məcburən iş günləri axşam 18:00-24:00 arası olan saatlarda etməyə məcbur olacaq. Bu isə bu saatlarda alverə gələnlərin sayını 500-dən 1100-ə qaldıracaq (500 + 3000 müştəri /5 gün = 1100). Nəticədə 18:00-24:00 arası saatlarda marketdə hər saata orta hesabla 183 müştəri (1100/ 6 saat) düşəcək. Bu isə normadan 2 dəfədən çoxdur.

Beləliklə “həftə sonu EvdəQal” rejimi tətbiq olunandan sonra iş günləri axşam 18:00-24:00 arası supermarketdə SOSİAL MƏSAFƏ tələbi 2 dəfə azalmış (pisləşmiş) olacaq.

Başqa sözlə əgər supermarket sosial məsafənin qorunması məqsədilə hər saatda 80 müştəri (1000 kv.m/ 12.5 kv.m = 80) qəbul etməli idisə, “həftə sonu EvdəQal” tələbinin tətbiqindən sonra 2 dəfədən çox, yəni 183 müştəri qəbul etməyə məcbur olacaq (183 > 80).

Bu isə sonda VİRUS-un 2 dəfə sürətlə yayılması demək deyilmi?

Bəs 3W strategiyasını necə tətbiq etmək olar?

Qeyd etdiyim kimi virusun yayılmamasına 100% nail ola bilmərik, buna nail olmaq qeyri mümkündür və bunun üçün çalışmaq da əbəsdir. Virus yayılmasın deyə iqtisadi aktivliyi zəiflətmək səhv qərar olardı. Bizə İQTİSADİ aktivlik ilə PANDEMİYA arasında optimal balans əldə etmək lazımdır.

Bu mənada bütün mağazalara, ticarət mərkəzlərinə, salonlara və s. xidmət sahələrinin hamısına limitlər qoymaq effektiv üsul deyil. Effektiv üsul statistik rəqəmlər və analiz əsasında əhalinin ƏN ÇOX səfər etdiyi YERLƏR, bu yerlərə vizitlərin SƏBƏBLƏRİ və belə səfərlərin PİK saatları müəyyən edilməsi və yalnız bu yerlərə və müştəri qruplarına qadağa və limitlər tətbiq olunması ilə əldə oluna bilər.

Məsələn ehtimal var ki, əhalinin 90%-dən çoxu ərzaqları supermarketlərdən alır və əhalinin ən azı 50%-i müasir Mall-lara gedir. Buna görədə Bakıda və digər iri şəhərlərdə bu kimi obyektlrəin siyahısı hazırlanmalı, onların pik saatları müəyyənləşdirilməli və bunların əsasında bu mərkəzlərə müştəri axınını idarəetmək və nəzarət etmək üçün vahid mexanizm hazırlanmalıdır. Məsələn Bakıda hər ay on mninlərlə müştəri qəbul edən supermarketlərin və Mall-ların sayı minlərlə deyil, ən çox halda bir neçə yüz ( 100- 500) arası dəyişə bilərki bu da elə böyük həcm deyil.

Hesab edirəm ki, insanİarın ən çox baş çəkdiyi iri biznes obyektlərinə nəzarət və limitlər qoymaqla biz təxminən əhalinin 70%-dən çoxunu nəzarətə ala bilərik. Başqa sözlə milyonlarla insanı evdə saxlamaqdansa milyonlarla insanın səfər etdiyi bir neçə yüz iri mərkəzləri tanımaq və onlara nəzarət etmək bütün mənalarda qat-qat faydalı qərar olardı.

Milyonlarla insanın evdə saxlanılması həmdə iqtisadiyyatın alıcı qüvvəsinin (Purchasing Power) həmən günlərdə bloklanmasıdır. Bundan qat-qat faydalı metod isə cəmi bir neçə mərkəzi nəzarətə almaq olmazdımı?

Bu mərkəzlərə qadağalar və limitlər necə qoyula bilər?

Yuxarıda göstərildiyi kimi, hər bir obyektin eyni anda qəbul edə biləcəyi maksimum müştəri sayı müəyyənləşdirildikdən sonra müştərilər obyektə növbə əsasında buraxılacaqlar. Məsələn bu say 100-dürsə, eyni anda obyektin ərazisində 100-dən çox müştəri olmayacaq. Binanı tərk edən müştərilərin sayına uyğun yeni müştərilər binaya daxil ola biləcəklər. Məsələn, aşağıdakıları tətbiq etməklə bu prosesi həyata keçirmək olar

1) Hər bir müştəriyə binaya daxil olmaq üçün gündə bir dəfə olmaqla maksimum 2 saatlıq icazə verilməsi

2) Binanın girişində canlı nəzarət və müasir radar sistemi ilə giriş-çıxışın tənzimlənməsinin təşkili

3) Binada olan müştərilərin sayını bilmək və tənzimləmək üçün girişdə bar-kodlardan istifadə edilməsi

Qeyd edim ki, bu prosesi həyata keçirmək və ona nəzarət etmək ilkin vaxtlarda çətin ola bilər amma zamanla prosesin həyata keçirilməsini təkmilləşdirmək mümkündür. İlkin zamanlarda nəzarəti həyata keçirmək üçün polis nəfərlərinin dəstəyindən istifadə etmək olar.

Bundan başqa dövlətin müvafiq oraqnlarının dəstəyi ilə qısa zamanda bu biznes müəssisələrinə mobil tətbiqlərin hazırlnmasına nail olmaq olar, hansı ki, yuxarıda qeyd olunan prosesin online formada daha asan qeydiyyatı və nəzarətini həyata keçirməyə dəstək ola bilər.

Sonda qeyd edim ki, Dünya Səhiyyə Təşkilatının və digər araşdırma mərkəzlərinin hesablamalarına görə dünya COVİD-19 ilə hələ uzun bir yol getməyə hazır olmalıdır. Bizim də hamı kimi bu virusdan birbaşa və asan yolla xilas olmağımız çətin görsənir. Odur ki, bu problemin həlli iqtisadi və səhiyyə məqsədlərini optimal birləşdirə biləcək uzun müddətli strategiyanın hazırlanmasını tələb edir.

Moderator.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147946

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930