Bakılı həkim: “Artıq 70 gündür evimə gedə bilmirəm” – VİDEO

11.06.2020 - 02:25

Bakılı həkim: “Artıq 70 gündür evimə gedə bilmirəm”. “ARB 24” telekanalı “Neftçilər” Xəstəxanasında müalicə olunan, koronavirusdan əziyyət çəkən xəstələrlə bağlı reportaj hazırlayıb. Reportajda çətin şəraitdə çalışan həkimlərdən də bəhs edilib.
Xəstəxananın həkimlərindən biri bildirib ki, artıq 70 gündür evindən uzaq düşüb: “Növbəmizin saatı yoxdur. Nə vaxt lazım olur, işləyirik. 70 gündür ki, evdən çıxmışam, evə getmirəm. Biz də onlar üçün çalışırıq. Onlar darıxırlar ki, evdə qala bilmirlər. Amma mən 70 gündür evimə gedə bilmirəm. Mən də getmək istəyirəm axı. Xəstələri buraxıb getmək də olmur”.
Digər həkim isə deyir: “Yaxınlarımızla yalnız telefon və video-rabitə vasitəsilə ünsiyyət qururuq”. Virtualaz.org-a istinadən cumhurriyyet.az həmin reportajı təqdim edir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=148112

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728