Koronavirusdan vəfat edən Xalq artistinin dəfn görüntüləri yayıldı (VİDEO)

12.06.2020 - 12:07
Bu gün Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.
Oxu.Az-ın məlumatına görə, Xalq artisti dəfn olunan zaman kütləvi toplaşma qeydə alınıb
Bu barədə görüntülər yayılıb. Dəfndə sosial məsafənin qorunmayıb və COVID-19-dan ölənlərin torpağa tapşırılması proseduru pozulub.
O, Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında – həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev saytımıza açıqlamasında bildirib ki, dəfnin izdihamlı keçirilməməsi üçün polis tərəfindən tədbirlər görülüb:
“Orada 15-20 nəfərə yaxın şəxs iştirak edib. Onlar Xalq artistinin cənazəsinin məzara qoyulan zaman orada olublar”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=148178

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728