Tanınmış aparıcının səfirlə möhtəşəm RƏQSİ – VİDEO

15.06.2020 - 19:01

Tanınmış aparıcı, Əməkdar incəsənət xadimi Nailə İslamzadənin Azərbaycanın Malayziyadakı sabiq səfiri Tahir Kərimovla rəqsi yayılıb. Publika.az xəbər verir ki, sözgedən görüntüləri aparıcı öz instaqram hesabında paylaşıb.
O, 2008-ci ilə aid olan kadrlar barədə təəssüratlarını belə ifadə edib: “Uzaq Kuala Lumpurda bir ay ərzində, Multimedia üzrə biliklərimi təkmilləşdirmək üçün Rabitə Nazirliyinin xətti ilə Afrika, Avropa, Fici adaları, Ərəb ölkələri və s. xalqların nümayəndələri olan kursa qatılmışdım. Bağlanış və sertifikat verilmə mərasiminə həsr olunan ziyafətə Malayziyanın Nazirlər Kabineti kursda nümayəndəsi olan ölkələrin səfirlərini də dəvət etmişdi. Hər ölkə öz incəsənət və mədəniyyətini nümayiş etdirirdi.
Azərbaycanın o zaman Malayziyadakı fövqaladə və səlahiyyətli səfiri Tahir Kərimov ziyafətdə iştirak edən bütün səfirlərdən yaxşı rəqs etdi”.
Aparıcının səfirlə milli musiqidə rəqsi böyük maraqla qarşılanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=148305

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728