Ermənistanda qorxu içində: 468 tibb işçisi koronavirusa yoluxub
Ermənistanda 141-i həkim olmaqla 468 tibb işçisi yeni növ koronavirusa yoluxub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilir ki, 59 anestezioloq-reanimatoloq, həmçinin 15 klinik-rezident koronavirusla mübarizəyə cəlb olunub. Səhiyyə Nazirliyi ölkədə mütəxəssis çatışmazlığı olduğunu bəyan edib. Fransadan mütəxəssislərin artıq Ermənistana gəldiyini deyən nazirliyin nümayəndəsi Alina Nikoqosyan əlavə edib ki, Rusiyadan, Litva və Gürcüstandan da həkimlərin gəlişini gözləyirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=148436