Bu gün Rusiyadan daha 150 nəfər Azərbaycana təxliyə edilib

17.06.2020 - 14:34

Rusiyadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini Vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da) havaya qalxıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, avialaynerdə 150 nəfər var.

“Təyyarə Moskvanın Domodedovo hava limanından havaya qalxıb. Avialaynerin göyərtəsində 150 soydaşımız var. Aviareys saat 12:00-a nəzərdə tutulsa da, bir az gecikmə yaşanıb”, – məlumatda bildirilib.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən hazırda Rusiyada yaşayan və evegedirem.info saytında qeydiyyatdan keçən vətəndaşlar Vətənə yola düşəcəkləri gün və saat barədə telefon zəngi və ya SMS vasitəsilə xəbərdar ediləcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=148449

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728