Koronavirusdan sağalma müddəti açıqlandı – RƏSMİ

18.06.2020 - 20:09

“Bu gün Azərbaycanda koronavirus xəstələrinin sağalma müddəti də uzanıb. Xəstələr orta hesabla 12-14 gün ərzində sağalır”.

Oxu.Azxəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hazırda koronavirusa yeni yoluxanlarla sağalanların sayında müəyyən fərq yaranıb:

“Xəstəxanada uzun müddət qalanların sayı çoxalıb. Bu da müəyyən qədər xəstəxanalarda yerlərin qısa zamanda dolmasına səbəb olur. Adətən, xəstəxanaların çarpayı fondunun 15 faizi reanimasiya şöbəsi üçün nəzərdə tutulur. Xəstələrin böyük əksəriyyətinin oksigenə ehtiyacı yaranır. Bu, COVID-19 üçün xarakterikdir.

Xəstəxanaların oksigen sistemi buna hesablanmayıb. Bunu nəzərə alaraq, üç ay ərzində səhiyyə ocaqlarına yüksək keyfiyyətli oksigen generatorları gətirmişik. Xəstəxanaların böyük əksəriyyətində oksigen balonları generatorlarla əvəz olunub”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148497

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930