XİN-dən Rusiya sərhədində qalan vətəndaşlarla bağlı açıqlama

18.06.2020 - 20:13

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva Rusiyanın Dağıstan Respublikasında qalan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyə olunması ilə bağlı məsələyə münasibət bildirib.

“Report”un məlumatına görə, o deyib ki, Azərbaycanın digər ölkələrdə qalan və mövcud vəziyyətlə bağlı çətinliklərlə üzləşən vətəndaşlarının ölkəyə qayıdışı mərhələli şəkildə həyata keçirilir.

“Son bir ay ərzində minə yaxın Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub. Biz xaricdə qalan vətəndaşlarımıza olduğu yerlərin qaydalarına riayət etmələrini israrla xahiş edirik”, – L.Abdullayeva vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148499

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930