Millət vəkili Bəxtiyar Hacıyev haqda: “cəzalandırılması üçün əlimdən gələni edəcəyəm”

23.06.2020 - 00:10

Bu gün səhər saatlarında ictimai fəal Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Virtualaz.org bildirir ki, bu barədə özünün Facebook səhifəsində B.Hacıyevin vəkili Aqil Lahıc məlumat verib. Qeyd olunur ki, B.Hacıyev Milli Məclisin deputatı Fazil Mustafanın şikayəti əsasında dindirilib. Öz növbəsində millət vəkili iyunun 20-də özünün Facebook səhifəsində Bəxtiyar Hacıyevin onu şantaj etməyə çalışdığını bildirib.

Bəxtiyar Hacıyev

“Azərbaycan Ordusunda xidmət etməkdən imtina edən Vətən xaini Bəxtiyar Hacıyev zəng edib növbəti tərbiyəsizliyini etdi. Və bildirdi ki, səsinizi yazıram. Mənim icazəm olmadan səsimi yazmaqla şantaj məqsədi güddüyünü anladım. Mən də mərhum atam haqqında yazdığı böhtan xarakterli əxlaqsız yazılara görə onun hüquqi müstəvidə cavabının veriləcəyini bildirdim. Və bildirdim ki, onun yaxınlarının pis yola düşməsində nə mənim, nə atamın hansısa günahı yoxdur. Səbəbi başqa yerdə axtarsın. Bu düşünür ki, telefon şantajı ilə etdiyi əməllərdən yaxasını qurtaracaq. Bilir ki, quyruğu qapı arasındadır. Bu Vətən xaininin sonadək cəzalandırılması üçün əlimdən gələni edəcəyəm. Sonra da bir neçə yenə də təhqir xarakterli mesaj da yazdı. Bu yazdığım statusla ölkənin Baş prokuroruna, Daxili İşlər nazirinə müraciət edirəm, açıq-aşkar şantaj və təhqirlə üzərimizə hücum edən Bəxtiyar Hacıyevin qanunun tələbinə uyğun olaraq məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görməyə çağırıram”,-deyə F.Mustafa vurğulayıb.

Virtualaz.org

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=148660

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930