Bakıda iqtisadçı ad günündə koronavirusdan öldü: Anası dözmədi, ürəyi dayandı – FOTO

24.06.2020 - 01:52

Koronavirus infeksiyasına yoluxma daha bir faciəyə səbəb olub. Lent.az -ın məlumatına görə, 37 yaşlı iqtisadçı Ramin Qurbanov bu gün müalicə aldığı xəstəxanada vəfat edib. Həkimlərin səyinə baxmayaraq, infeksiyaya yoluxmuş gənc doqquz gün mücadilə aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu gün ad günü olan R.Qurbanov səhər saatlarında vəfat edib. Məlumata görə, onun azyaşlı qızı var.
Dostlarının və sinif yoldaşlarının sosial şəbəkələrdə yazdıqlarına görə, axşam saatlarında isə oğlunun itkisinə dözə bilməyən anası Nazilə Qurbanova ürək tutmasından vəfat edib.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=148719

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031