Koronavirusun ömürlük fəsadları açıqlandı

24.06.2020 - 10:57

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri iddia edirlər ki, koronavirusun fəsadları virusa yoluxmuş insanları bütün həyatı boyu təqib edə bilər.

Bu barədə “The Daily Telegraph” xəbər yayıb.

Ekspertlərin sözlərinə görə, COVID-19-a yoluxmuş hər üç pasiyentdən biri həyatının qalan hissəsində ciyərlərin zədəsindən, xroniki yorğunluqdan və psixoloji pozğunluqlardan əziyyət çəkə bilər.

Qeyd edilir ki, koronavirusdan sağalan insanların 30 faizinin orqanizmində gələcəkdə ciyərlərin fibrozu inkişaf edə bilər. Keçmiş pasiyentlərin 50 faizi ömürlük fiziki və psixoloji pozuntulardan əziyyət çəkə bilər. Virusdan sağalan hər on britaniyalıdan birinə ürəyin kəskin zədəsi diaqnozu qoyulur.

Bundan başqa, alimlər tez-tez bildirirlər ki, koronavirus Alsqeymer xəstəliyinin inkişafı imkanını artıran beyin zədələrinə səbəb ola bilər.

“Report” xatırladır ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=148733

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728