İcra başçısı xanımını və müavinini də koronavirusa yoluxdurdu (FOTO)

24.06.2020 - 16:36

Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ceyhun Həsənovda koronavirus aşkarlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, C.Həsənov koronavirus (COVİD-19) infeksiyasına yoluxub. O, hazırda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Goranboy İcra Hakimiyyəti karantinə alınıb.

Qeyd edək ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin həyat yoldaşında da koronavirus aşkarlanıb. Onlar da Mərkəzi Gömrük Hospitalında müalicələrini davam etdirirlər.

Xatırladaq ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də koronavirus (COVİD-19) infeksiyasına yoluxub.

Short URL: http://www.cumhuriyyet.net/?p=148758

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728