Ermənistan Azərbaycanda xərçəng xəstəliyini necə yayır? – SOS

25.06.2020 - 23:37

Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi nəticəsində Güney Azərbaycanın Parsabad məntəqəsində xərçəng xəstəliyi geniş yayılıb. Teleqraf.com xəbər verir ki, bu barədə Parsabad Şəhər Şurasının üzvü və Ərdəbil şəhərinin Əyalətlərin Ali Şurasındakı təmsilçisi Puya Mücərrəd mətbuata açıqlamasında məlumat verib.
“Ermənistandan Araz çayına axan sənaye müəssisələrinin çirkab suları Parsabad əhalisinə bəla olub. Bunun nəticəsində Ərdəbil əyalətində insanlar arasında mədə xərçəngi geniş yayılıb”, – Mücərrəd bildirb. Onun sözlərinə görə, Parsabadda hər bir ailənin ən azı bir yaxını xərçəng və ya yol qəzası nəticəsində həyatını itirir: “Aidiyyəti qurumlardan insanlara həyatı bahasına başa gələn bu iki problemin həlli üçün ən qısa zamanda addım atmalarını xahiş edirəm”.
Uzun illərdir Ermənistan ərazisindən birbaşa Araz çayına axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları sərhədyanı şəhər və kəndlərdə ətraf mühitə ciddi ziyan vuraraq, bölgədə bir çox xəstəliklərin yayılmasına səbəb olub. Bu barədə yerli əhali və bir sıra rəsmi şəxslər dəfələrlə xəbərdarlıq etsələr də, İran rejimi Ermənistanla olan siyasi, hərbi və iqtisadi əməkdaşlığı nəzərə alaraq bu məsələyə göz yumub.
Müəllif: Mənsur Rəğbətoğlu

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=148765

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031