“Təbliğat məsələsinə virusoloqların cəlbi çox vacibdir” – Deputat Məlahət İbrahimqızı

28.06.2020 - 14:47

Bu gün, iyunun 28-də Azərbaycanda ilk dəfə koronavirusun aşkarlanmasının 4 ayı tamam olur. Fevralın 28-də ölkədə bu virusa ilk yoluxma halının qeydə alındığı açıqlanmışdı. Amma həmin tarixdən bir qədər əvvəl Azərbaycanla qonşu İrandan bununla bağlı həyacanlı xəbərlər gəlməkdəydi. Fevralın 29-dan İranla gediş-gəliş məhdudlaşdırıldı, martın 24-dən ölkədə karantin, aprelin 5-dən isə hərəkət mehdudiyyəti tədbiq edildi. Aprelin 27-dən karantin rejimi yumşaldılsa da, bu ay yenidən sərtləşmə qərarı qəbul edildi.

Belə dəyişkən qərarlardan sonra hökumətin tədbirlər planına tənqidi münasibətlər eşidilməyə başladı .

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Məlahət İbrahimqızı “Azadlıq” radiosuna ötən müddəti dəyərləndirərkən bildirib ki, ilk dəfə fevralın sonunda koronavirus xəstəsi qeydə alınandan hökumətin təşkil etdiyi mübarizə tədbirlərini çox yüksək dəyərləndirir. ]

Məlahət İbrahimqızı xatırladıb ki, Azərbaycan hələ bir çox Avropa ölkələrindən dəəvvəl sosial hərəkətliliyin meydanı olan orta və ali məktəbləri qapadıb: “Bu addım ən böyük uğurlu tədbirlər planına işarə idi. Ardınca dövlətin karantin rejiminə nəzarət etməsi, yüksək standartlara cavab verən xəstəxanalarla ölkəni təmin etməsi, bütün bölgələrdə testlərin keçirilməsi, yüksək keyfiyyətli test ləvazimatların gətirlməsi, tibb müəssisələrinin müasir avadanlıqlarla təmin edilməsi, dizinfeksiya işlərinin görülməsi və maska sexlərinin açılması yönündə qərarlar qəbul edildi. Eyni zamanda, karantin dövründə ayrı-ayrı təbəqələrə müavinətlər verildi. Dövlət işindəçalışan 1 milyondan çox insan ödənişli məzuniyyətə göndərildi, eləcə də karantində olan bütün təbəqələr üçün dövlət tamamilə təminat verdi, bura xüsusilə sahibkarlara olan dəstəyi xatırlamaq yetər”.

Məlahət İbrahimqızı son vaxtlar yoluxmaların sayının artmasının səbəblərinə toxunaraq deyib ki, karantin rejiminin də bir həddi var: Yumşalma prosesi aparıldıqdan sonra cəmiyyətdə bir növ unutqanlıq yarandı, düşünüldü ki, yumşalma qərarı verildisə, deməli, koronavirusun yayılması bitib. Halbuki, koronavirusla mübarizədə“qızıl qaydalar” var, gigiyenik normalara riayət etmək, maskalardan istifadə olunması, sosial məsafənin saxlanılması kimi halları vətəndaşlar ciddiyə almadılar, bu, təəssüf doğurur. Dünyanın bir çox ölkələrində, fərqi yoxdur inkişaf etmiş, yaxud inkişaf etməmiş olsun, koronavirusla mübarizə qaydaları eyni formadadır. Lakin müəyyən cəmiyyətlərdə insanlar qayda və qanunlara daha çox riayət edirlər”.

Onun vurğulamasına görə, Azərbaycanda isə təəssüf ki, şayiələr, dedi-qodular üstünlük təşkil etdi: “İnsanın təbiətində də dedi-qodulara, şayiələrə inanmağa daha çox meyl olur. Düzdür, beləşeylər əksər dövlətlərdə də mümkündür, məsələn, daha çox itkiyə məruz qalan İtaliya parlamentində müzakirələr zamanı hətta bunun oyun olduğunu deyənlər də tapıldı. Biz isə oyun deyə düşünməməliyik, istənilən halda xəstəlik var. Baxmayaraq ki, nə qədər təbliğat aparılsa da, millətin bütün təbəqəsi bundan yararlanmadı, yenə də yalan vəşayiələr, bunlara inanlar da itkiyə məruz qaldı. Ona görə də“qızıl qaydalar”-sosial məsafəlilik, maskalardan istifadə mütləq vacibdir”.

Deputat xatırladıb ki, Ramazan Bayramında 8 günlük tətil oldu – 24 – 25 may  Ramazan bayramı, ardınca 28 May isə Respublika Günüdür. Bu bayramlarla bağlı 8 gün qeyri iş günü oldu: “Bu dövrdə insanlarda hərəkətlilik artdı, sıxlıq vardı. Bilirsiniz, hökumətlər nə qədər məsuliyyət daşıyırsa, öhdəliyi varsa, vətəndaşın da eyni şəkildə məsuliyyəti vəöhdəliyi var. Artıq faktlar var ki, virusun daşıyıcısı olanlar xəstələnmir, amma yoluxdurduğu insanlar bəzən ölür, bu təhlükəni dərk edib, qaydalara riayət etməyimiz vacibdir. Məsələn, Belarus vəİsveçdə karantin rejimi tətbiq olunmadı, amma hökumətlər ictimaiyyətə qaydalara riayət etmələrini söylədilər, cəmiyyət də riayət etdi. Bizdə isə hətta karantin rejimində dəözünü təcridi, maska və sosial məsafəliliyi kənara qoyurlar, bu laqeydlik və biganəlik təəssüf doğurur. Yoluxmaları araşdıranda məlum olur ki, adamlar yas yerinə, Ramazan süfrəsinə və ya ad gününə gediblər”.

Deputatın fikrincə, burdan belə nəticə çıxır, nə qədər tədbirlər planı güclü olsa da, vətəndaş məsuliyyəti çox əhəmiyyətlidir: “Baxın, Türkiyədə çox uğurlu mübarizə aparıldı, ölüm sayı 15-ə düşmüşdü, amma yumşalma olandan sonra ölüm sayı 25-ə qalxdı, hətta Baltik ölkələrində belə oxşar problemlər yaşanır. Virusun mənşəyi tam şəkildə araşdırma aparılıb ortaq məxrəcə gəlinmədiyindən hansısa qərar vermək tibb elmi üçün çətindir, hələölkələr bir-birindən öyrənir. Sadəcə, Çinin təcrübəsi bir az çox ola bilər ki, o da dekabrdan mübarizədə olduqlarındadır. Biz də cəmiyyət olaraq qaydalara elə riayət etməliyik ki, hökumətin tədbirlər planı mükəmməl olsun”.

Məlahət İbrahimqızı sonda da deyib:“Düşünürəm ki, təbliğat məsələsində mütəxəssilərin cəlbi çox vacibdir, xüsusilə virusoloqlar. Söhbət ondan getmir ki, onlar hər gün televiziyalarda olsun, media bu cür peşəkarlarla təmasda olub fikirlərini ictimaiyyətə çatdırsın. Təəssüf ki, bu gün koronavirusa şübhəylə yanaşan insanlarımız hələ var”.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=148874

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031