Koronavirusa qarşı 3 vacib MƏSLƏHƏT

29.06.2020 - 00:02

Hazırda evdə koronavirusa qarşı mübarizə tədbirləri insanların ən çox ehtiyac duyduğu məsələdir. Pravda.az-ın xəbərinə görə, həkim, fitoterapevt Boris Skaçkonun ağciyər xəstəlikləri,virus və öskürəyə qarşı tövsiyə etdiyi sadə metodları araşdırıb.
Həkim tənəffüs yolları ilə keçən virus və bakterial xəstəliklərə qarşı bir neçə effektiv metodu tövsiyə edir. Pandemiya dövründə bunlar əvəzsizdir.
1. Çalışın burnunuzdan nəfəs alın. Çünki burunda virusları tutub saxlayan xüsusi sistem, selikli qişa və s. daha mükəmməldir. Ağızdan virus daha tez ağciyərlərə yaylır.
2. Yaşadığınız, yatdığınız otaqda havanın quru olmasının qarşısını alın. Yay aylarında bu quru hava kondinsiner və s.-dən daha çox yaranır. Hər yerə isladılıb sıxılmış mələfə, yaş dəsmal sərin, hava təravətləndirici sprey qabının içinə su alıb, 20 damcı perekis damızdırın və hər 15 dəqiqədən bir ətrafa fısqırdın.
Yatanda çarpayının ayaq ucu tərəfə yerə ləyənlərdə su qoyun.Burdan su havaya buxarlanacaq və otaqdakı havada lazımi rütubət yaranacaq.
3. Yerli immuniteti qaldırmaq üçün əl-ayağı isitmək lazımdır. Gündə 2 dəfə isti dözüləcək qədər suda ayaqlar vanna edilir, şüşə bankaya isti su töküb, ovucların arasında soyuyana kimi saxlamaqla əllər isidilir. Yatanda yun corab geyib yatın. Ətraflar belə qısamüddətli isidiləndə yerli immunitet yüksəlir.
Unutmayın ki, ağciyər alveollarındakı selik, bəlğm 97% sudan ibarətdir. Əgər ağciyərlərdə bol su olsa, həmin bəlğəm virusu, bakteriyanı özünə hopdurub, öskürəklə çıxacaq. Əgər su çatışmasa, selik qatı olub, əksinə alveolları yapışıb qalacaq və onda olan bakteriyalar ağciyər toxumasına yapışacaq, burdan da bakterial infeksiya yayılacaq. Bəlğəm və öskürəkdən qorxmayın, əksinə ağciyərlərə kömək edin.medicina.az

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=148905

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031