BMT rəsmisi Azərbaycan vətəndaşlarına müraciət edib – VİDEO

30.06.2020 - 10:46

BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai COVİD-19 pandemiyası ilə bağlı “Bunu Azərbaycan üçün edin” adlı müraciət yayıb.

Müraciətdə deyilir:

“Azərbaycan üçün et”

Əziz dostlar,

Təəssüf ki, COVİD-19 pandemiyası hələ də bizimlədir. Dünyada yoluxma sayı 9 milyonu keçib. Ölənlərin sayı isə yarım milyona çatır. Azərbaycanda da yoluxanların sayı artır. Təəssüf ki, ölənlərin də. Bu yaxınlarda mən də ailə üzvümü bu virusa görə itirdim. İnanın mənə, bu təhlükə realdır və yanımızdadır. COVİD-19-un qapımızı döyməsini gözləməməliyik.

Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün bu sadə tədbirləri görməyinizi xahiş edirəm:

– Fiziki məsafə saxlayın;

– Əllərinizi tez-tez yuyun;

– Tələb olunan yerlərdə maska taxın; onlardan düzgün istifadə edin;

– Zərurət yaranmadıqca evdən çıxmayın;

– Hökumətin tələblərinə riayət edin.

Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!

Təşəkkür edirəm!”

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=149005

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031