Bəhram Bağırzadə sağalır

01.07.2020 - 11:44

Bu gün (1 iyul) məşhur aktyor Bəhram Bağırzadə ekstrakorporal membran oksigen aparatı EKMO-dan ayrılıb.

Bu barədə virtualaz.org-a “Planeta parni iz Baku” teatrının rəhbəri Tahir İmanov açıqlama verib.

Onun sözlərinə görə, B. Bağırzadənin vəziyyəti xeyli yaxşılaşıb, müsbət bir tendensiya var. B. Bağırzadə yenidən süni tənəffüs aparatına qaytarılıb. Aktyorun huşu özündədir.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq xəstənin EKMO cihazına qoşulmasına qərar verilmişdi. Ancaq həkimlərin dediyinə görə, bu gündən etibarən B. Bağırzadə yaxşılaşmağa doğru gedir, vəziyyəti sabitləşib və ağciyərlərinin funksiyası yaxşılaşıb.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=149057

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031