Rəsmi Bakı: “Qarabağ xalqı” adlı anlayış mövcud deyil

01.07.2020 - 15:20

“ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 30 iyun tarixində keçirilən videokonfrans formatında görüşü ilə bağlı AR XİN-in rəsmi açıqlaması yayıldı. Qeyd etdiyimiz kimi, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyəti, o cümlədən həyata keçirilən infrastruktur dəyişiklikləri məsələsini qaldırdı. Nazir, həmçinin məhz Ermənistanın təxribatçı əməllərinin ritorikanın alovlanmasına xidmət etdiyini vurğuladı”.

Virtualaz.org bildirir ki, bunu Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib.

“Ermənistan XİN-in görüşlə bağlı yaydığı açıqlama işğalçı ölkənin ənənəvi olaraq sərgilədiyi tamamilə əsassız mövqeyi növbəti dəfə təkrarlayır. Aydındır ki, bölgədəki gərginliyin, ritorikanın, qarşıdurmanın, düşmənçiliyin kökündə Ermənistanın təcavüzkar siyasəti, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlaması və bu ərazilərdəki çoxsaylı yerli azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirməsi durur. Əhalini sülhə hazırlamaq öhdəliyindən danışan Ermənistan, bu öhdəliyinə əməl edərək işğalçı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarmalı və məcburi köçkünlərin öz evlərinə geri dönməsinə maneə yaratmamalıdır.

O ki, qaldı Ermənistan XİN-in istinad etdiyi “Qarabağ xalqı” ifadəsinə, hamıya, elə Ermənistanın özünə də çox yaxşı bəllidir ki, “Qarabağ xalqı” deyə anlayış mövcud deyil. Qarabağda yaşayan ermənilər Azərbaycanın bu bölgəsində yaşayan iki icmadan birini təşkil edir; Qarabağın azərbaycanlı icması Ermənistanın təcavüzü nəticəsində evlərindən didərgin düşüb, məcburi köçkünə çevrilib. Münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi də elə bu insanların pozulmuş fundamental hüquq və azadlıqlarının bərpa edilməsidir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılmasının təmin edilməsidir. Bölgədə davamlı sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasının başqa yolu yoxdur”, – L.Abdullayeva bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149074

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930