Koronavirus kabusu: çarəsizlik, ölümün bir addımlığı – xəstəxanadan VİDEOREPORTAJ
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayı yüksək templə artır. Artıq ölkədə yoluxanların ümumi sayı 18 min 600 nəfəri keçib. Yoluxmanın qarşısını almaq üçün dövlət lazımı addımlar atır, sərt karantin rejimi elan edir. Lakin buna baxmayaraq, hələ də koronavirusa inanmayıb, qaydalara məhəl qoymayanlar var. Son günlər ictimaiyyətdə tanınan şəxslərin koronavirusa yoluxması, hər kəsin yaxınında bir nəfərin bu virusdan əziyyət çəkməsi əslində, inanmamaq üçün zərrə də olsa şübhəyə əsas vermir.
Xəbər saytlarında, televiziya kanallarında bu virusdan əziyyət çəkən xəstələrlə bağlı da tez-tez reportajlar hazırlanır. Xəstələrin hansı əziyyətlər çəkdiyini ekran arxasından da hiss etmək olur…
Musavat.com mövzunun aktuallığını və əhəmiyyətini nəzərə alaraq Baku.tv-nin koronaviruslu xəstələrin müalicə aldıqları xəstəxanadan hazırladığı videoreportajı təqdim edir:






Short URL: http://www.cumhuriyyet.net/?p=149222