ATV-nin aparıcısı: “Bu gün səhər anamın “Artıq nəfəs ala bilmirəm” kəlməsilə oyandım” – FOTO

04.07.2020 - 12:21
ATV kanalının aparıcısı Pərvin Əsgərlinin anası koronavirusa yoluxub.
AZXEBER.COM xəbər verir ki, tanınmış aparıcı bu barədə şəxsi Facebook hesabında yazıb:
“Bu gün səhər anamın “Artıq nəfəs ala bilmirəm” kəlməsilə oyandım. Anam da COVİD-19 dan əziyyət çəkir. Neçə gündür ki, evdə müalicə etdiririk. Evdə inqalyasiya aparatı ilə yatıb-durur. Amma yenə də nəfəs almaqda əziyyət çəkir. Bu zəhrimar nəfəs onu da sınağa çəkir.
Əgər hələ də inanmayanlar varsa, lütfən inanın. Ən doğmam, anam bu dəqiqə ölüm-dirim savaşı verir. Allah onu mənə çox görməsin. Bəli, böyük əksəriyyət ayaqüstə keçirir, amma bir qisim insan ən ağır simptomlarla mübarizə aparır.
Ən yaxşı halda qalıcı fəsadlar. Ən pis halın adını dilimə belə gətirmək istəmirəm, amma istəklərin bir önəmi qalmayıb artıq. Səhhətimizə və ətrafımıza biganəliyimiz sonumuz ola bilər!”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149309

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930