Bakıda klinikanın 21 həkimi yoluxdu: xəstəyə baxan yoxdur
ATU Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin 21 əməkdaşı koronavirusa yoluxub. Axar.az xəbər verir ki, bunu şöbənin əməkdaşı Etibar Abbasov qeyd edib.
O bildirib ki, Reanimasiya şöbəsində artıq xəstələrə baxan tibb işçisi yoxdur: “Mən də daxil olmaqla, şöbənin 21 personalı COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Biz “tükənmişik” deyəndə, siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=149453