Bu şəxslərin işləməsinə yenidən İCAZƏ VERİLDİ

07.07.2020 - 11:00

İyulun 5-i ləğv olunan bir qrup onlayn satış mağazasının işçilərinin icazəsi yenidən bərpa olunub.

Cumhuriyyet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli yayıb. Qeyd edib ki, dünən gecə saatlarında onun əməkdaşları ilə yanaşı, xeyli digər işçiyə də onlayn işləmək izni yenidən verilib. N. Köçərli əlavə edib ki, artıq bu gündən icazə verilənlər çatdırılmaları edə biləcəklər.

Xatırladaq ki, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə iyulun 5-dən etibarən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrdə işçi heyətinin məhdud şəkildə işə çıxarılması tələbini pozan qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub. Bildirilib ki, sistemdə edilmiş dəyişikliyə əsasən, vətəndaşlar icazə almaq üçün fəaliyyət növünün (5 rəqəmli kodunun) Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlamalamaqla yenidən qeydiyyatdan keçə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=149465

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728