Turizm şirkətləri bu təlimata əsasən işləyəcək – Video

08.07.2020 - 16:18

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası mövcud vəziyyəti nəzərə alaraq turizm şirkətlərinin koronavirus pandemiyası (COVID-19) dövründə fəaliyyətini tənzimləyəcək metodiki göstərişlərdən ibarət xidmət prosedurunu hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, tövsiyə xarakterli təlimata əsasən turizm şirkətləri ofislərin giriş qapısında qaydaları əks etdirən məlumat lövhəsi yerləşdirməli, məkana daxil olan vətəndaşlar sanitayzer, qoruyucu maska və tibbi əlcəklərlə təmin edilməli, termometrlə vətəndaşların bədən hərarəti ölçülməlidir.

Ofis daxilində sosial məsafənin saxlanılmasını əks etdirən işarələr yerləşdirilməli, işçi personalı və vətəndaş arasında sosial məsafə qorunmalı, müştərilərə xidmətin göstərilməsi qoruyucu şüşə arakəsmələr arxasından edilməli, eləcə də şirkət tərəfindən personalın qoruyucu maskalarda və əlcəklərdə olması təmin olunmalıdır.

Bunla yanaşı, turizm agentliyi tərəfindən göstərilən xidmətlərin müqabilində edilən ödənişlərin yalnız POS terminal vasitəsilə həyata keçirilməsi tövsiyə olunur.

Yeni qaydalarla bağlı marifləndirmə işinin davamı olaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası məlumatlandırıcı videoçarx da hazırlayıb və yaxın günlərdə turizm şirkətlərinə göndəriləcək.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası mövcud vəziyyətdən irəli gələrək vətəndaşların  və işçi personalının sağlamlığının qorunmasını əsas tutaraq turizm şirkətlərinin pandemiya dövründə yeni qaydalara riayət etməklə fəaliyyət göstərmələrini tövsiyə edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=149531

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728