Toysuz evinə gəlin gətirdi, polisə çağırıldı

08.07.2020 - 22:59

Qaradağ rayonunun Ələt qəsəbə nümayəndəliyinə ötən gün Ələt qəsəbə sakini Ayaz Həsən oğlu Rzayevin oğluna toy məclisi keçirilmədən evinə gəlin gətirilməsini planlaşdırdığı məlumatı daxil olub. Axar.az xəbər verir ki, daxil olan məlumat nəzarətə götürülüb və Rzayevlər ailəsi ilə müvafiq söhbətlər aparılıb.
Həmin ünvan gün ərzində müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılıb və müəyyən edilib ki, həqiqətən heç bir geniş tərkibli və musiqili məclis təşkil olunmayıb. Lakin gecə saatlarında 10 nəfərdən artıq toplaşma olduğu üçün Nazirlər Kabinetinin müvafiq qərarına əsasən polis əməkdaşları tərəfindən 13 nəfər polis bölməsinə aparılaraq qanunamüvafiq qaydada protokol yazılıb və onlar cərimələniblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=149541

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728