Ermənistan Müdafiə Nazirliyi təxribat xarakterli bəyanat yaydı
Bu gün saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri bizə məlum olmayan səbəbdən UAZ markalı avtomobil ilə “dövlət sərhədini keçməyə cəhd ediblər”.
BAXAR.AZ xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü iddia edir ki, Azərbaycan tərəfi Tovuz istiqaməti tərəfdən artileriya atəşi edərək atəşkəsi pozub, ancaq itki verərək geri çəkilib. İddia edirlər ki, onların itkisi yoxdur. Azərbaycan Müdafiə Nazirliyi isə deyir ki, hər iki tərəfdən itkilər var və təxribat hücumu Ermənistan tərəfdən olunub.
Hazırda erməni mətbuatı susur.
Fərid İMRAN
BAXAR.AZ
Short URL: http://www.cumhuriyyet.net/?p=149760