Azərbaycana məxsus PUA-nın vurulması barədə məlumat yalandır – MN
Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=149791