“Saxlanılanlarla bağlı hazırda araşdırmalar gedir”

16.07.2020 - 13:17

Daxili İşlər Nazirliyi iyulun 14-də baş verən yürüşdə saxlanılanlarla bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri E. Zahidov “Qafqazinfo”ya bildirib ki, saxlanılanlarla bağlı hazırda araşdırmalar gedir: “Araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun aksiya ilə bağlı yaydığı bəyanatda bildirlir ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub.

Fakt üzrə cinayət işi başlanaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=150078

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31